• 13.04.2026 » 09:49

Beyləqanda “Memarlıq irsinin gələcək nəsillərə çatdırılması” adlı intellektual yarış keçirilib.

Beyləqanda “Memarlıq irsinin gələcək nəsillərə çatdırılması” adlı intellektual yarış keçirilib. © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" xəbər verir ki , Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektoru və Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon Təhsil sektorunun birgə təşkilatçılığı, Beyləqan Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Memarlıq irsinin gələcək nəsillərə çatdırılması” adlı intellektual yarış keçirilib.

Tədbirin məqsədi yeniyetmələrin Azərbaycan tarixi üzrə biliklərini möhkəmləndirmək, analitik düşüncə bacarıqlarını inkişaf etdirmək və bilik mübadiləsini təşviq etmək olub. 

Yarışda ümumtəhsil məktəblərindən 5 komanda iştirak edib və yarış iştirakçıları yüksək intellektual səviyyə nümayiş etdirib. Nəticələrə əsasən:

 “Zəfər” komandası I yer,

 “Qələbə” komandası II yer,

“Nizami” komandası III yerə layiq görülüblər.

Qalib və fərqlənən komandalar Mil-Muğan RGİİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva