DİQQƏT!
“Könül Xəzinəm, Mənim Şeirim” adlı şeir müsabiqəsinə start verilir.
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş tədbirlər planına uyğun olaraq, gənclər arasında bədii yaradıcılıq və özünü ifadə etmək qabiliyyətini inkişaf etdirmək, dili və ədəbiyyatı sevdirmək, istedadlı gəncləri üzə çıxarmaq və dəstəkləmək, sağlam rəqabət mühiti formalaşdırmaq, asudə vaxtın səmərəli təşkilinə və ədəbi mühitin inkişafına töhfə vermək məqsədilə yeniyetmə və gənclər arasında “Könül Xəzinəm, Mənim Şeirim” adlı şeir müsabiqəsi elan edilir.
Müsabiqə Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mədəniyyət Mərkəzinin, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon Təhsil Sektorunun, AYB Beyləqan rayon bölməsinin və Mil-Muğan Gənclər və İdman İdarəsinin Beyləqan rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə keçirilir.
Müsabiqə çərçivəsində hər bir iştirakçı qələmə aldığı bir və ya daha artıq şeirini və özü haqqında anket məlumatlarını may ayının 15-dək Beyləqan rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən təşkilat komitəsinə təqdim etməlidir.
✅ Müsabiqə 14-29 yaş qrupları üzrə yeniyetmə və gənclər arasında keçirilir.
✅ Şeirlərin mövzusu sərbəstdir, iştirakçı istədiyi mövzuda yaza bilər.
✅ Şeirlər orijinal olmalı, əvvəllər heç yerdə çap olunmamalı və digər müsabiqələrdə istifadə edilməməlidir. Plagiat şeirlər qəti qadağandır.
Müsabiqəyə təqdim edilən əsərlər kompüter çapı formatında qəbul ediləcəkdir.
✅ Qiymətləndirmə məzmun, bədii ifadə tərzi, dil və üslub, vəzn və qafiyə, emosional təsir meyarlarına uyğun aparılacaqdır.
✅ Müsabiqənin münsiflər heyətinin tərkibi şairlərdən, filoloqlardan və ədəbiyyat müəllimlərindən təşkil olunacaq və
qiymətləndirmə açıq şəkildə aparılacaqdır.
✅ Müsabiqənin qalibləri Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman, diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.
Əlavə məlumat almaq üçün Beyləqan rayon Mədəniyyət Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqə tel: 050 399 49 41
050 362 31 01



