• 06.04.2026 » 17:40

PIRLS 2026 ilə bağlı maarifləndirici görüş keçirilib

PIRLS 2026 ilə bağlı maarifləndirici görüş keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

PIRLS 2026 ilə bağlı maarifləndirici görüş keçirilib.
"Sabirabadxəbər"  bildirir ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən Mil-Muğan Regional Təhsil İdarəsinin əhatə etdiyi bölgədə PIRLS 2026 beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı maarifləndirici görüş təşkil olunub. 

Görüşdə Mil-Muğan RTİ-nin Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, Təhsil İnstitutunun Dil fənlərinin proqramları şöbəsinin müdiri Turan Zəkəriyayeva, idarənin əməkdaşları, seçilmiş ümumi təhsil müəssisələrinin direktorları, IV siniflərdə dərs deyən ibtidai sinif müəllimləri iştirak ediblər.

Turan Zəkəriyayeva çıxışında PIRLS 2026 beynəlxalq qiymətləndirmə tədqiqatının məqsədi, əhəmiyyəti, tətbiq mexanizmləri, şagirdlərin oxu bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görüləcək işlər, həmçinin məktəblərin və müəllimlərin bu prosesdə rolu barədə ətraflı məlumat verib. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. 



Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva