• 28.10.2026 » 10:06

Sabirabadda “Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı” mövzusunda tədbir keçirilib

Sabirabadda “Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı” mövzusunda tədbir keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:
YAP Sabirabad rayon 3 saylı şəhər ərazi partiya təşkilatının, Sabirabad Gənclər evinin və Sabirabad rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı” mövzusunda tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 🕊️
Tədbirdə YAP Sabirabad rayon təşkilatının sədr müavini Daşqın Şıxalıyev, YAP Sabirabad rayon təşkilatının əməkdaşı Tural Hüseynzadə, Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru v.m.ə.e. Səlmi Mehtiyeva və “Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşı Ağakərim Əhmədov çıxış ediblər. 🎙️
Çıxışlar zamanı Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqinin partiyanın gələcək fəaliyyət istiqamətlərini və dövlətimizin strateji inkişaf hədəflərini müəyyən edən mühüm yol xəritəsi olduğu vurğulanıb.
Həmçinin dövlət başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin bundan sonra da fəal şəkildə dəstəklənəcəyi, qarşıya qoyulan vəzifələrin icrasında yaxından iştirakın təmin olunacağı qeyd edilib. 🇦🇿

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva