• Dünən, 09:39

Salyanda "TIR" minik maşını ilə toqquşdu - Yaralılar var

Salyanda "TIR" minik maşını ilə toqquşdu - Yaralılar var © sabirabadxeber.az
Şrift ölçüsü:

Salyanda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

"Sabirabadxəbər" xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakının Binəqədi rayon sakini, 1985-ci il təvəllüdlü Tağıyev Sərxan Hicran oğlu idarə etdiyi "Volvo" markalı "TIR" yük maşını ilə hərəkətdə olarkən Neftçala rayonunun Ərəbqardaşbəyli kənd sakini, 1963-cü il təvəllüdlü Kərimov Əlvan Mikayıl oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və "VAZ-2107"nin sərnişinləri, Neftçala rayon sakinləri, 1984-cü il təvəllüdlü Eyniyeva Şəhla Ağacan qızı, 2013-cü il təvəllüdlü E.F, 2015-ci il təvəllüdlü E.R müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva