• Bu gün, 12:07

Sabirabadda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Sabirabadda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO - YENİLƏNİB © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər"in məlumatına görə, hadisə Hacıqabul –Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Saatlı rayonunun Əliabad kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Elmar Müslüm oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobillə, Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 1991-ci il təvəllüdlü Həsənov Amil Telman oğlunun idarə etdiyi “Renault” markalı avtomobil toqquşub.

Qəza nəticəsində Saatlı rayonunun Əliabad kənd sakini, 1991-ci il təvəllüdlü Mehtiyeva Fəridə Ənvər qızı hadisə yerində ölüb.

Xəsarət alanlar Saatlı rayonunun Əliabad kənd sakini, 2021-ci il təvəllüdlü Mehtizadə Mirəli Hikmət oğlu, Mingəçevir şəhər sakini, 1965-ci il təvəllüdlü Hüseynova Səfurə Əli qızı Sabirabad rayon xəstəxanasına və Saatlı sakini, 1985-ci il təvəllüdlü Məmmədov Elmar Şirvan xəstəxanasına yerləşdirilib. Məmməd Elmar hazırda əməliyyat olunur.

Faktla bağlı araşdırma aparılır.


Sabirabadda baş verən qəzada ölən və yaralananlar var.

"Sabirabadxəbər"in məlumatına görə, hadisə Sabirabad rayonununun Qaragüney kəndində qeydə alınıb.

Minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva