• 11.08.2026 » 13:04

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto © sabirabadxeber.az
Şrift ölçüsü:

Ötən gün Balakəndə baş vermiş zəncirvari qəzada daha bir ailə üzvü həyatını itirib.

“Sabirabadxəbər”in məlumatına görə, 1975-ci il təvəllüdlü Mütəllibov Yaşar Mahamarəsul oğlu bu gün dünyasını dəyişib.

Bununla da “Hyundai”, “KİA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində vəfat edənlərin sayı 4 nəfərə çatıb.

Dünən isə Y. Mütəllibovun “Toyota”da olan ailə üzvləri - oğlu Rəşad Mütəllibov və həyat yoldaşı 1974-cü il təvəllüdlü Məmmədova Pərvanə Zahid qızı, “Hyundai” markalı avtomobilin sürücüsü Hoorsova Məryəm Kamil qızı hadisə yerində vəfat etmişdilər.

Qəzada xəsarət alan digər şəxsin - 1965-ci il təvəllüdlü Soltanov Şərif Siracəddin oğlunun müalicəsi isə davam etdirilir.

Bildirilir ki, ailə toy hazırlığı üçün yola çıxıbmış. Belə ki, vəfat edən gəncin avqustun 25-i toyu olacaqmış.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva