Şrift ölçüsü:
Çap et
🏆 Beyləqan yeniyetmələri "Yay festivalı" nın qalibi oldu ! ⚽️
29 avqust 2026-cı il tarixdə Şamaxı şəhərində 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında "Yay Festivalı" adlı futbol turniri keçirilib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutan turnirdə ümumilikdə 8 komanda birincilik uğrunda mübarizə aparıb. Yarış boyunca əzmkar və inamlı oyun nümayiş etdirən Beyləqan təmsilçisi — “Aran FK” Beyləqan Futbol Klubu bütün rəqiblərinə üstün gələrək turnirin qalibi (I yer) olub.
Qeyd edək ki, bu kütləvi idman tədbirlərinin keçirilməsi yeniyetmələr arasında futbolun inkişafına, onların idmana marağının artırılmasına və gənc istedadların üzə çıxarılmasına böyük təkan verir.
Mil-Muğan Regional Gənclər və İdman İdarəsi adından “Aran FK” komandasının yeniyetmə futbolçularını və məşqçisi Fərid Nərimanlını qazandıqları parlaq qələbə münasibətilə səmimi qəlbdən təbrik edir, onlara növbəti yarışlarda böyük uğurlar arzulayırıq! 🥇👏
Kopyalandı





