• 10.03.2026 » 12:02

Mil-Muğan Regional Gənclər və İdman İdarəsində uğur qazanmış cüdoçularla görüş keçirilib

Mil-Muğan Regional Gənclər və İdman İdarəsində uğur qazanmış cüdoçularla görüş keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

🥋 Mil-Muğan Regional Gənclər və İdman İdarəsində uğur qazanmış cüdoçularla görüş keçirilib


"Sabirabadxəbər" xəbər verir ki,Özbəkistanın Daşkənd şəhərində cüdo idman növü üzrə beynəlxalq turnirdə yer tutan idmançılarla görüş təşkil olunub. Görüşdə idarə rəhbərliyi, məşqçilər və gənc cüdoçular iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov qeyd edib ki, bu gün ölkəmizdə idmana, xüsusilə də cüdo kimi döyüş növlərinə dövlət səviyyəsində yüksək diqqət və dəstək göstərilir. Bu diqqətin nəticəsidir ki, regionlarımızda yetişən gənc idmançılar regional, respublika və beynalxalq səviyyəli yarışlarda uğurla çıxış edərək Azərbaycan idmanının nüfuzunu artırırlar. O, həmçinin vurğulayıb ki, hər bir uğurun arxasında gərgin məşq prosesi, sədaqət və əzm dayanır və bu keyfiyyətlər gənclərimizin gələcək həyatında da mühüm rol oynayacaq.


Görüş zamanı cüdoçular da çıxış edərək onlara göstərilən diqqət və dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, bu görüş onları daha çox çalışmağa, qarşıdakı yarışlarda daha böyük nailiyyətlər əldə etməyə ruhlandırır.


Sonda idarə rəhbərliyi tərəfindən idmançılara uğurlar arzulanıb, onların regionun idman potensialının inkişafında fəal iştirak etmələrinin vacibliyi vurğulanıb. Həmçinin turnirdə fərqlənən idmançılara və onların məşqçisi İsmayıl Mehralıyevə idarə adından təşəkkür bildirilib.


Mil-Muğan Regional Gənclər və İdman İdarəsi olaraq, bölgəmizin istedadlı gəncləri ilə fəxr edir, onların gələcək yarışlarda da Azərbaycan idmanının bayrağını zirvələrdə dalğalandıracaqlarına inanırıq.


Gənclərimizin və idmançılarımızın uğuru — regionumuzun və ölkəmizin qürurudur! 🇦🇿💪🥋




N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva