• 04.03.2026 » 14:16

Sabirabadda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub

Sabirabadda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub © sabirabadxeber.az
Şrift ölçüsü:

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən tədbir təşkil olunmuşdur.


"SABİRABADXƏBƏR" xəbər verir ki, Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, abidəsi ziyarət edilmiş və önünə gül dəstələri düzülmüşdür.


Tədbirdə idmançılarla yanaşı, onların valideynləri, məşqçi-müəllimlər və idman ictimaiyyətinin nümayəndələri də iştirak etmişlər. Çıxışlar zamanı idmançıların qazandıqları uğurlarda valideynlərin və məşqçilərin əməyi xüsusi qeyd olunmuş, onların gənc nəslin formalaşmasında göstərdikləri diqqət və qayğının əhəmiyyəti vurğulanmışdır.


Tədbir çərçivəsində son dövrlərdə müxtəlif səviyyəli yarışlarda uğur qazanmış idmançılarla görüş keçirilmiş, onların əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilmişdir.


Mərasimdə çıxış edən idarənin rəisi Elçin Qiyasov bildirmişdir ki, bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Qeyd olunmuşdur ki, gənclərin sağlam həyat tərzinə cəlb olunması, onların fiziki və mənəvi cəhətdən möhkəm formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Eyni zamanda vurğulanmışdır ki, region idmançılarının qazandıqları nailiyyətlər ölkəmizdə idmana göstərilən diqqət və qayğının nəticəsidir və bu uğurlar valideyn-məşqçi-idmançı birliyinin səmərəli əməkdaşlığının bariz nümunəsidir.


Sonda fərqlənmiş idmançılara diplomlar təqdim olunmuşdur.



Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva