Şrift ölçüsü:
Çap et
🏆Sabirabad rayon Axısxa kəndində 28 May – Müstəqillik Gününə həsr olunmuş yeniyetmələr arasında "Müstəqillik kuboku" uğrunda futbol turniri keçrilib.
"Sabirabadxəbər" xəbər verir ki,Sabirabad rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə təşkil olunan turnirdə 6 komanda iştirak edib. Nəticədə çox gərgin keçən turnirin final görüşündə məşqçi-müəllim Tural Mustafayevin başçılığı altında Sabirabad rayon S.Vurğun adına 3 nömrəli şəhər tam orta ümumtəhsil məktəbin "Alfa" komandası N.Həmidov adına Axısxa kənd tam orta ümumtəhsil məktəbin "Fırtına" komandasına 1:1–əsas vaxt; 3:0 – penaltilər seriyası; ümumi 4:1 hesabı ilə qalib gələrək Kuboka sahib oldu.
Mükafatlandırma mərasimində çıxış edən Sabirabad rayon UGİŞM-in direktor vəzifəsini icra edən Vadar Əlizadə komanda üzvlərinə öz minnətdarlığını bildirərək, turnirin əhəmiyyətinə toxunub və Azərbaycanda futbola böyük diqqət ayrıldığını bildirib.
Sonda fərqlənən futbolçular Kubok və diplomlarla təltif olunub.
Kopyalandı


















