• 02.05.2026 » 21:02

Sabirabad rayonunda əlamətdar tarixə həsr olunmuş bilik yarışı təşkil edilib.

Sabirabad rayonunda əlamətdar tarixə həsr olunmuş bilik yarışı təşkil edilib. © sabirabadxeber.az
Şrift ölçüsü:
Sabirabad rayonunda əlamətdar tarixə həsr olunmuş bilik yarışı təşkil edilib.
---
"Sabirabadxəbər" xəbər verir ki,Sabirabad rayonu üzrə təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Sabirabad rayon komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş intellektual bilik yarışı keçirilib.
Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbində baş tutan yarışda rayonun müxtəlif ümumtəhsil müəssisələrini təmsil edən 32 komanda iştirak edib. Yarışın “Nə? Harada? Nə zaman?” formatında keçirilən mərhələsində ən yüksək nəticə göstərən 8 komanda növbəti mərhələ olan “Breyn Ring” turuna vəsiqə qazanıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən final mərhələsində Afər Ağarəhimov adına Yenikənd kənd tam orta ümumtəhsil məktəbinin komandası qalib olub. Qalib komandanın üzvləri təşkilatçılar tərəfindən diplomlarla təltif olunublar.
Eyni zamanda, bilik yarışının təşkilinə verdikləri dəstəyə görə Əhmədağa Səmədov adına Narlıq kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri Murad Rizvanlı və Taleh Məmmədov təşəkkürnamə ilə mükafatlandırılıblar.
Yarışların keçirilməsi təhsil işçiləri arasında bilik mübadiləsinin genişləndirilməsi, eləcə də gənc nəslin intellektual inkişafının təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.
#MilMuğanRTİ #EduAz #MÜTDA #Məktəb #Müəllim

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva