• 07.03.2026 » 14:30

Sabirabadda- 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə müəllimlərlə xüsusi görüş keçirilib

Sabirabadda- 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə müəllimlərlə xüsusi görüş keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

"SABİRABADXƏBƏR" xəbər verir ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə müəllimlərlə xüsusi görüş keçirilib. Tədbir qadın müəllimlərin cəmiyyətin inkişafında və gənc nəslin formalaşmasında oynadıqları mühüm rolu vurğulamaq məqsədi daşıyıb.


Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov, yerli təhsil sektorlarının müdirləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon komitələrinin sədrləri və bir qrup müəllim iştirak ediblər.


Tədbir iştirakçıları çıxış edərək müəllimləri Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik ediblər. Bildirilib ki, müəllimlik peşəsi cəmiyyətin ən məsuliyyətli və şərəfli sahələrindən biridir. Xüsusilə qadın müəllimlər öz fədakar əməkləri, səbir və qayğıları ilə şagirdlərin bilik və tərbiyəsində, onların vətənpərvər ruhda yetişməsində mühüm rol oynayırlar. Qeyd olunub ki, bu sahədə çalışan müəllimlərin zəhməti və təhsilin inkişafına verdikləri töhfələr daim yüksək qiymətləndirilir.


Görüş zamanı təhsil sahəsində səmərəli fəaliyyəti, peşəkarlığı və nümunəvi pedaqoji fəaliyyəti ilə seçilən müəllimlər xüsusi olaraq təltif ediliblər. Onlara Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub. Təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, bundan sonra da gənc nəslin təlim-tərbiyəsində daha böyük həvəslə çalışacaqlarını vurğulayıblar. Tədbir konsert proqramı ilə davam edib.


Sonda tədbir iştirakçılarına xoş arzular çatdırılıb, müəllimlərin gələcək fəaliyyətlərində uğurlar, möhkəm can sağlığı və yeni nailiyyətlər arzulayıblar. Qeyd olunub ki, müəllimlərin əməyinə verilən dəyər təhsilin inkişafına və cəmiyyətin gələcəyinə verilən ən böyük töhfələrdən biridir.


#MilMuğanRTİ #EduAz #MÜTDA #Məktəb #Müəllim #8Mart


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva