• 05.02.2026 » 10:30

Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi Sabirabad STEAM mərkəzində olub

Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi Sabirabad STEAM mərkəzində olub © sabirabadxeber.az
Şrift ölçüsü:

Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi Sabirabad STEAM mərkəzində olub.

"Sabirabadxəbər.az" xəbər verirki ,Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili və Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, Sabirabad rayonu üzrə təhsil sektorununun müdiri Mircamal Həşimov Sabirabadda fəaliyyət göstərən STEAM mərkəzinə baş çəkiblər. Səfərin məqsədi rəqəmsal dünyanın təhsilə gətirdiyi yeniliklərlə yerində tanış olmaq və gələcəyin mühəndisləri və Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) medalçıları ilə söhbət etmək olub.


Qonaqlar STEAM otaqlarını gəzərək dərslərin gedişatını izləyib, şagirdlərin hazırladıqları layihələrə baxıblar. Bəhruz Nəbili və Cavid Məmmədli uşaqlarla birbaşa ünsiyyət quraraq, onların ideyalarını dinləyib və yaradıcılıq prosesində iştirak ediblər.


Görüşdə vurğulanıb ki, STEAM təhsili sadəcə nəzəriyyə deyil, elmin və texnikanın real həyatda tətbiqidir. Bu layihə şagirdlərə praktik vərdişlər qazandırır, dünyanın ən qabaqcıl təhsil modellərini ölkəmizə gətirir və gənclərin müasir texnoloji çağırışlara hazır olmasını təmin edir.


Bəhruz Nəbili şagirdlərin həvəsini yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, müəllimlərin fəaliyyyətini xüsusi qeyd edərək bildirib ki, Regional Təhsil İdarəsi STEAM mərkəzinin fəaliyyətinə hər zaman dəstək verəcək.


Görüşün sonunda mərkəzin müəllim və şagirdlərinə diplomlar, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Sabirabad rayon Komitəsinin qiymətli hədiyyələri təqdim edilib. 


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva