• 02.02.2026 » 20:02

2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:
2 Fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
"Sabirabadxəbər" in məlumatına görə, 
Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Mil-Muğan RTİ-nin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov, idarənin struktur bölmə rəhbərləri, rayon təhsil sektorlarının müdirləri, həmçinin ümumi təhsil müəsissələrindəçalışan bir qrup gənc müəllim və əməkdaş iştirak ediblər.
Təıdbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, daha sonra Vətənimizin müdafiəsi və azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Bəhruz Nəbili gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda formalaşmasında təhsil müəssisələrinin xüsusi rolunu vurğulayıb. O, gənc müəllimlərin və təhsil işçilərinin cəmiyyətin gələcəyinin formalaşmasında mühüm missiya daşıdığını qeyd edərək, bütün gənclərə peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.
Ardınca söz alan Rabil Şahbazov iştirakçıları Gənclər Günü münasibətilə təbrik edib, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edərək, gənclərin bu gün cəmiyyətin bütün sahələrində fəal rol oynadığını diqqətə çatdırıb.
Tədbirin sonunda Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından olan bir qrup fəal gənc müxtəlif nominasiyalar üzrə təltif olunub. Rəsmi hissədən sonra görüş bədii proqramla davam edib və iştirakçılar üçün bayram əhval-ruhiyyəsi yaradılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva