• 01.05.2026 » 09:00

YAP Nərimanov rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradıldı - FOTOLAR

YAP Nərimanov rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradıldı - FOTOLAR © sabirabadxeber.az
Şrift ölçüsü:

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “K.Rəhimov küçəsi 13/1” ünvanı üzrə ərazi partiya təşkilatı yaradılıb.


"Sabirabadxəbər" xəbər verir ki, YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov çıxış edərək partiyanın keçdiyi şərəfli yoldan bəhs edib. O bildirib ki, 750 mindən artıq üzvü olan partiyanın sıraları günü-gündən genişlənir. Xüsusilə savadlı və istedadlı gənclərin böyük həvəslə partiya sıralarına qoşulması sevindirici haldır. Yeni Azərbaycan Partiyasındakı kəmiyyət və keyfiyyət yüksəlişi daha effektiv və operativ idarəetməni zəruri edir. Bu baxımdan ərazi təşkilatlarının yaradılması olduqca əhəmiyyətlidir.


Sonra təşkilati məsələlərə baxılıb. Baxışova Lalə Mehman qızı ərazi partiya təşkilatının sədri, Allahverdiyeva Humay Mahir qızı isə sədr müavini seçiliblər.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva