Bu gün YAP Sabirabad rayon təşkilatının İ.İsgəndərov küçəsi 95 ünvanı üzrə (Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci) ərazi partiya təşkilatının ümumi yığıncağı keçirilib.
"Sabirabadxəbər.az" xəbər verirki, Yığıncaqda iştirak edən YAP Sabirabad rayon təşkiltının sədri Varis Rüstəmov çıxış edərək bildirib ki, "Azərbaycanın son iyirmi üç ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsidir. Cənab Prezident İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır. Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi dövlət başçısı cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından oldu."
Sonra Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya, təşkilatının sədri Adışirin Qurbanov, Yeni Azərbaycan Partiyasının fəal üzvləri Telman Hüseynov və İlham Hüseynov çıxış ediblər.
Daha sonra Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatının sədrinin və sədr müavinin seçilməsinə dair açıq səsvermə keçirilib. Yığıncaq iştirakçılarının yekdil qərarı Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının İ.İsgəndərov küçəsi 95 ünvanı üzrə (Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci) ərazi partiya təşkilatının sədri vəzifəsinə Nəsirov Kamran Əhməd oğlu və sədr müavini vəzifəsinə Cənnətov Kamran Taleh oğlu seçiliblər.
Sonda Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə Adışirin Qurbanov Fəxri Fərmanla təltif olunub. Ardınca Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş partiya üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.

















