• 05.03.2026 » 15:12

Müəllimlərlə görüşlər davam edir ‎ ‎

Müəllimlərlə görüşlər davam edir ‎ ‎ © sabirabadxeber.az
Şrift ölçüsü:

Müəllimlərlə görüşlər davam edir

"SABİRABADXƏBƏR" xəbər verir ki, Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Qax rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IV və VI siniflərində Azərbaycan dili, riyaziyyat və təbiət fənlərini tədris edən müəllimlərlə görüşüb.

‎ Görüşdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, müdir müavini Hafız Pənahov, idarənin digər struktur bölmə rəhbərləri və fənn müəllimləri iştirak ediblər.

‎ Çıxışlarda təhsil sahəsində aparılan islahatların əhəmiyyəti vurğulanıb, müəllimlərin peşəkarlığının artırılması, şagird nailiyyətlərinin yüksəldilməsi və riyazi düşüncə bacarıqlarının inkişafı, dərslərin interaktiv təşkili və müasir təlim metodlarının tətbiqi barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda istedadlı şagirdlərlə işin sistemli təşkili və nailiyyətlərin obyektiv qiymətləndirilməsi məsələləri də müzakirə olunub.

‎ Görüşün sonunda müəllimlərin sualları cavablandırılıb, təklif və fikirləri dinlənilib.



Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva