• 08.02.2026 » 09:46

Narkotik təsiri altında olan sürücü saxlanıldı

Narkotik təsiri altında olan sürücü saxlanıldı © sabirabadxeber.az
Şrift ölçüsü:

Xırdalan–Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün **Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  sənədlərin yoxlanılması zamanı avtomobili idarə edən Elşən Məmmədovun sürücülük hüququnun olmadığı müəyyən edilib.

"Sabirabadxəbər.az" xəbər verir ki , bundan əlavə, sürücünün davranışları şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı Elşən Məmmədovun narkotik vasitə qəbul etdiyi təsdiqlənib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərə qarşı mübarizənin davam etdiriləcəyini və bu kimi hallara qarşı daha sərt tədbirlərin görüləcəyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva