• 07.02.2026 » 09:53

Maşını narkotik maddələrin təsiri altında idarə edən şəxs həbs edilib

Maşını narkotik maddələrin təsiri altında idarə edən şəxs həbs edilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Cəlilabad rayonu ərazisində "Vaz 2106" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

"Sabirabadxəbər.az" xəbər verir  ki, yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Zamiq Səfərovun narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib.

Nəticədə həmin şəxsin psixotrop maddə metamfetamin və marixuana istifadə etdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə Z.Səfərov 15 gün müddətinə inzibati həbs olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva