• 31.01.2026 » 11:25

Yük maşını piyadanı öldürdü

Yük maşını piyadanı öldürdü © sabirabadxeber.az
Şrift ölçüsü:

Ödənişli yolda piyadanı yük maşını vuraraq öldürüb.

"Sabirabadxəbər.az" ın Şimal bürosunun məlumatına görə, Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, rayonun Armudpadar kənd sakini Səbuhi Mahmudovu yolda yük maşını vurub.

Hadisə yerinə Təcili Tibbi Yardım maşını gəlsə də, zərərçəkən artıq dünyasını dəyişmiş olub.

Qəza baş verən əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva