• 07.11.2026 » 14:55

Qobustanda mikroavtobus aşdı - Sürücünün həyat yoldaşı yaralandı, qardaşı arvadı isə öldü

Qobustanda mikroavtobus aşdı - Sürücünün həyat yoldaşı yaralandı, qardaşı arvadı isə öldü © sabirabadxeber.az
Şrift ölçüsü:

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər" xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusla hərəkətdə olarkən sürücü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarına aşıb.

Hadisə zamanı avtomobildə olan 6 nəfərdən biri ölüb, biri isə xəsarət alıb.

Ölən şəxs 1965-ci il təvəllüdlü Məmmədova Şərqiyə Mənəf qızı, xəsarət alan isə 1956-cı il təvəllüdlü Məmmədova Şəfiqə Əli qızıdır.

Məlumata görə, xəsarət alan sürücünün həyat yoldaşı, həyatını itirən isə qardaşının həyat yoldaşıdır. Hadisə iştirakçılarının hamısı əslən Qax rayonundandır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva