• Dünən, 14:42

Sabirabadda 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün mülki müdafiə ilə bağlı metodik toplantı keçirilib.

Sabirabadda 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün mülki müdafiə ilə bağlı metodik toplantı keçirilib. © sabirabadxeber.az
Şrift ölçüsü:
Sabirabadda 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün mülki müdafiə ilə bağlı metodik toplantı keçirilib.
---
Mülki müdafiə tədbirləri planına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Mil-Muğan Regional Mərkəzi və Sabirabad rayon üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun ümumi təhsil müəssisələrinin 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün metodik toplantı keçirilib.
Toplantının əsas məqsədi müəllimlərin mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması, fövqəladə hallar zamanı düzgün davranış vərdişlərinin formalaşdırılması, eləcə də bu istiqamətdə şagirdlərlə aparılan maarifləndirici işlərin daha səmərəli təşkili olub.
Tədbir zamanı bildirilib ki, fövqəladə hallara hazırlıq yalnız nəzəri biliklərin öyrədilməsi ilə məhdudlaşmamalı, həm də müəllim və şagirdlərdə real təhlükə zamanı düzgün qərar qəbul etmək və çevik davranmaq bacarığı formalaşdırmalıdır. Bu baxımdan məktəblərdə mülki müdafiə mövzusunda maarifləndirici tədbirlərin mütəmadi keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
İştirakçılara məktəblərdə mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaq və açıq dərslərin təşkili, müxtəlif mövzular üzrə sərgilərin keçirilməsi, şagirdlərə fövqəladə hallar zamanı davranış qaydalarının öyrədilməsi ilə bağlı metodik tövsiyələr verilib.
Toplantıda, həmçinin fövqəladə hallar zamanı məktəb və sinif miqyasında görülməli təxirəsalınmaz tədbirlər barədə ətraflı məlumat verilib. Müəllim heyətinin və şagirdlərin belə hallarda atmalı olduğu konkret addımlar, kollektiv mühafizə vasitələrindən düzgün istifadə qaydaları diqqətə çatdırılıb.
Bununla yanaşı, güclü zəhərli, radioaktiv, bioloji və bakterioloji maddələrlə zəhərlənmə hallarında, infeksion xəstəliklər zamanı, eləcə də sınıq, yanıq və digər bədbəxt hadisələr baş verdikdə özünəyardım və qarşılıqlı yardım göstərilməsi qaydaları barədə mühazirələr dinlənilib.
Sonda toplantıda müzakirə olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb, müəllimlərin sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə mütəxəssislər tərəfindən ətraflı izahat verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva