• Bu gün, 14:02

Bakı-Qazax yolunda qəza - 1 tona yaxın yanacaq yola töküldü

Bakı-Qazax yolunda qəza - 1 tona yaxın yanacaq yola töküldü © sabirabadxeber.az
Şrift ölçüsü:

Bakı-Qazax yolunda yük maşını qəza törədib.

“Sabirabadxəbər” xəbər verir ki, Türkiyə vətəndaşı 1969-cu il təvəllüdlü S.Hakyeməz idarə etdiyi İveco (TIR) markalı yük avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən avtomobil idarəetmədən çıxıb.

Nəticədə yük avtomobili magistral yolunun dəmir arakəsməsinə dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Yük avtomobillin yük yerində olan dəmirlər yola dağılıb, bundan başqa yük avtomobilindən 1 tona yaxın yanacaq yola tökülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva