Şrift ölçüsü:
Çap et
Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Sabirabadxəbər” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan yük maşını minik avtomobili ilə toqquşub. İdarəetmədən çıxan avtomobillər yol kənarında dayanan 2 piyadanı vurub.
İlkin məlumata görə, piyadalardan biri və minik avtomobilində olan sərnişin hadisə yerində ölüb.
Digər piyada və sərnişin isə ağır xəsarət alaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı



