Şrift ölçüsü:
Çap et
🟢Beyləqan rayonunda “Azərbaycan memarlıq irsi: keçmişdən gələcəyə” mövzusunda tədbir keçirilib.
📆 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektoru, Beyləqan rayon Heydər Əliyev Mərkəzi və Beyləqan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan memarlıq irsi: keçmişdən gələcəyə” mövzusunda tədbir keçirilib.
🇦🇿Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
🔊Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasında memarlıq və şəhərsalma sahəsində həyata keçirilən dövlət siyasəti, tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlər və “Şəhərsalma
və Memarlıq İli”nin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycanın qədim memarlıq abidələri xalqımızın zəngin tarixini, milli-mənəvi dəyərlərini və mədəni irsini özündə əks etdirən əvəzsiz sərvətdir. Bu irsin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur.
🎥 Daha sonra Azərbaycanın qədim şəhərləri, tarixi memarlıq nümunələrindən bəhs edən sənədli film nümayiş olunub.
📷Sonda tədbir iştirakçıları Mərkəzin foyesində təşkil onmuş Azərbaycanın tarixi memarlıq abidələrini əks etdirən foto sərgiyə baxış keçirib.
Kopyalandı















