• 08.05.2026 » 20:10

Beyləqanda “Heydər Əliyev irsini öyrənirik” mövzusunda seminar keçirilib.

Beyləqanda “Heydər Əliyev irsini öyrənirik” mövzusunda seminar keçirilib. © sabirabadxeber.az
Şrift ölçüsü:
🟢 Beyləqanda “Heydər Əliyev irsini öyrənirik” mövzusunda seminar keçirilib.
"Sabirabadxəbər" xəbər verir ki,Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektoru, Beyləqan rayon Heydər Əliyev Mərkəzi, YAP Beyləqan rayon təşkilatı, Beyləqan rayonu üzrə Təhsil sektoru, birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda seminar keçirilib.
🇦🇿Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər gül çiçəkləri düzülərək xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu və siyasi fəaliyyətini əks etdirən ekspozisiya zalı ziyarət olunub.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Liderin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “İz” sənədli film nümayiş olunub.
Çıxışlarda Ulu öndər Heydər Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, təhsilimizin yüksəlişi, dövlətimizin dünya arenasında özünə layiqli yer tutması naminə gördüyü işlərdən danışılıb.
#MilMuğanRGİİ #Gənclərİdman #birkimibirlikdə #BeyləqanGİS

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva