Şrift ölçüsü:
Çap et
Sabirabadda Ulu Öndər Heydər Əliyevin mədəniyyət siyasətinə həsr olunmuş tədbir keçirilib
"Sabirabadxeber" xeber verir ki,Sabirabad rayon Heydər Əliyev Mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin milli mədəniyyətimizin inkişafındakı misilsiz xidmətlərinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rayonun rəsmi şəxsləri, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək Ümummilli Liderin Azərbaycan mədəniyyətinin inkişafı və beynəlxalq miqyasda tanıdılması istiqamətində gördüyü işlərdən bəhs edib. Bildirib ki, regionlarda mədəniyyət müəssisələrinin şəbəkəsinin genişləndirilməsi və milli irsin qorunması məhz onun uzaqgörən siyasətinin nəticəsidir.
Daha sonra YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov çıxışında Heydər Əliyevin dövlətçilik fəaliyyətində mədəniyyətin mühüm yer tutduğunu vurğulayıb, milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan addımların bu gün də uğurla davam etdirildiyini qeyd edib.
Tədbirdə digər çıxış edənlər – Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Səlmi Mehtiyeva və Sabirabad Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ayşən Astanova Ulu Öndərin irsinin təbliği, gənc nəslin milli ruhda tərbiyəsi və tarixi-mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirlərdən danışıblar.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra iştirakçılar mərkəzdə nümayiş olunan eksponatlarla tanış olublar. Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, sənədlər və kitablar maraqla qarşılanıb.
#MilMuğanRMİ #UluÖndər #HeydərƏliyev #mədəniyyətsiyasəti
Kopyalandı











