• 01.02.2026 » 13:40

"Qarabağ”ın keçmiş rəqibi indiki rəqibini darmadağın etdi

"Qarabağ”ın keçmiş rəqibi indiki rəqibini darmadağın etdi © sabirabadxeber.az
Şrift ölçüsü:

İngiltərə Premyer Liqasında 24-cü turun oyunları keçirilir.

“Sabirabadxəbər.az” xəbər verir ki, “Liverpul” doğma meydanda “Nyukasl”la üz-üzə gəlib.

Arne Slotun komandası rəqibini darmadağın edib - 4:1. Mersisaydlıların qollarını Uqo Etkitike (41,43), Florian Virtz (67), Konate (90+3) vurub. “Nyukasl”dan isə Qordon fərqlənib.

Qeyd edək ki, “Liverpul” Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”la rəqib olub və təmsilçimizə 6:0 hesabı ilə qalib gəlib. “Nyukasl” isə ÇL-in pley-off mərhələsində “Qarabağ”ın rəqibidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva