• 30.01.2026 » 15:00

Çempionlar Liqasının püşkü atılır

Çempionlar Liqasının püşkü atılır © sabirabadxeber.az
Şrift ölçüsü:

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gələcək.

"Sabirabadxəbər.az" xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilir. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Liqa mərhələsini 22 pillədə başa vuran Azərbaycan təmsilçisi "səpələnməmişlər" səbətində yer alır. Pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutan "Monako" və Qarabağ” “səpələnmişlər” səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. "Qarabağ"ın potensial rəqibləri turnirin son qalibi PSJ və "Nyukasl"dır. Yəni, Qurban Qurbanovun komandası pley-offda ya Fransa təmsilçisi ilə, ya da İngiltərə klubu ilə üz-üzə gələcək.

Onu da qeyd edək ki, "Qarabağ" - PSJ/"Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran "Barselona" və ya 6-cı yerin sahibi "Çelsi" ilə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva