• 31.01.2026 » 19:10

Sabah” “Zirə”yə, “Şamaxı” “Kəpəz”ə qalib gəldi

Sabah” “Zirə”yə, “Şamaxı” “Kəpəz”ə qalib gəldi © sabirabadxeber.az
Şrift ölçüsü:

Misli Premyer Liqasında 18-ci turun görüşləri davam edir.

“Sabirabadxəbər.az” xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar yekunlaşıb.

Günün ilk qarşılaşmasında “Kəpəz” Yevlaxda “Şamaxı”nı sınağa çəkib. Oyunda “Şamaxı” 2:0 hesabı ilə üstün olub.

“Şamaxı” qələbə sayəsində xallarının sayını 23-ə çatdırıb və 7-ci pilləyə yüksəlib. Gəncə klubu isə 12 xalla 11-cidir. Bu komandaların ilk dövrədəki oyununda Azər Bağırovun komandası Şamaxıdan 4:1 hesablı qələbə ilə qayıdıb.

Günün ikinci matçında “Zirə” öz meydanında “Sabah”la qarşılaşıb. Matç “Sabah”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Sabah” xallarını 43-ə çatdıraraq liderliyini möhkəmlədib. Rəşad Sadıqovun komandası isə 29 xalla 5-ci pillədə qərarlaşıb.

Masazır təmsilçisi son 6 turda xal itirmədiyi halda, “Zirə” ardıcıl 4 görüşdür qələbə qazanmayıb.

Bu komandaların ilk dövrədəki görüşü “Sabah”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

31 yanvar (şənbə)

17:00. “Zirə” - “Sabah” - 1:3

Qol: Velko Simiç, 10 (0:1), İvan Lepiniça, 22 (0:2), Xəyal Əliyev, 27 (0:3), Davit Volkov, 83 (1:3)

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Rəhman İmami

Zirə İdman Kompleksinin stadionu

14:30. “Kəpəz” - “Şamaxı” - 0:2

Qollar: A.Ağcabəyov, 12, K.Rossi, 45+1

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Asiman Əzizli

Yevlax şəhər stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva