• 31.05.2026 » 11:17

Goranboyda çörək daşıyan yük avtomobili yandı - FOTO

Goranboyda çörək daşıyan yük avtomobili yandı - FOTO © sabirabadxeber.az
Şrift ölçüsü:

Goranboyda yanğın hadisəsi baş verib.

“Sabirabadxəbər”in məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, 1960-cı il təvəllüdlü Ş. Hüseynovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili hərəkətdə olarkən qəfil yanmağa başlayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, avtomobilin qalan hissəsi alovdan mühafizə edilib.

Yanğın nəticəsində yük avtomobilinin yük yerində olan çörəklər yanaraq yararsız hala düşüb. Məlumata görə, avtomobil çörək daşımaq üçün istifadə olunurdu.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva