• 01.04.2026 » 10:40

Ev yanaraq külə döndü - Video

Ev yanaraq külə döndü - Video © sabirabadxeber.az
Şrift ölçüsü:

Gəncədə yaşayış binasında yanğın baş verib.

“Sabirabadxəbər" xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospekti 28/6, mənzil 60 ünvanında qeydə alınıb.

Belə ki, taxta konstruksiyadan ibarət ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 40 kv.m olan mənzil əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində alov qısa müddətdə söndürülüb və binaya yayılmasının qarşısı alınıb.

Bina və yanğın baş verən mənzilin sakinləri təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb./Qafqazinfo

Faktla bağlı araşdırma aparılır.



Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva