• 06.04.2026 » 19:00

Beyləqanda beşotaqlı ev tamamilə yandı - Fotolar

Beyləqanda beşotaqlı ev tamamilə yandı - Fotolar © sabirabadxeber.az
Şrift ölçüsü:

Beyləqan rayonunun Dünyamalılar kəndində beşotaqlı fərdi yaşayış evində yanğın baş verib.

“Sabirabadxəbər" xəbər verir ki, yanğın hadisəsi kənd sakini Mahir Abdullayevə məxsus evdə qeydə alınıb.

İlkin məlumata görə, yanğın qısa müddətdə genişlənərək evin böyük hissəsini əhatə edib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan rayon Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın söndürülüb və alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Lakin yaşayış evi içərisindəki əşyalarla birlikdə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva