• 30.05.2026 » 23:20

PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi oldu

PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi oldu © sabirabadxeber.az
Şrift ölçüsü:

UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib.


"Sabirabadxəbər" xəbər verir ki, həlledici görüşdə "Arsenal" ilə üz-üzə gələn PSJ qələbə qazanıb.


Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutan matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1.


Hesabı 6-cı dəqiqədə "topçular"ın heyətində Kay Haverst açıb. Matçın 65-ci dəqiqəsində Usman Dembele penalti zərbəsindən hesabı bərabərləşdirib.


Hər biri 15 dəqiqədən ibarət əlavə iki hissədə qalib müəyyənləşmədiyindən penaltilər seriyasına ehtiyac duyulub.


Burada daha dəqiq oynayan parislilər (4:3) ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva