• 05.03.2026 » 10:02

İspaniya Kuboku: “Real Sosyedad” finala çıxdı

İspaniya Kuboku: “Real Sosyedad” finala çıxdı © sabirabadxeber.az
Şrift ölçüsü:

İspaniya Kral Kubokunun yarımfinal mərhələsində “Real Sosyedad” və “Atletik” arasında cavab oyunu keçirilib.

"SABİRABADXƏBƏR" xəbər verir ki, San Sebastyandakı “Real Arena” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin minimal qələbəsi ilə bitib – 1:0.

Görüşdə yeganə qolu “Real Sosyedad”ın hücumçusu Mikel Oyarzabal vurub. O, matçın 87-ci dəqiqəsində təyin olunan penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, komandalar arasında ilk oyun fevralın 11-də Bilbaodakı “San Mames Barria” stadionunda keçirilmiş və həmin görüşdə də “Real Sosyedad” 1:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, iki oyunun nəticəsinə görə ümumi hesab 2:0 olub və San Sebastyan təmsilçisi Kral Kubokunun finalına yüksəlib

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva