• 10.05.2026 » 14:19

Çempionlar Liqasının 16 iştirakçısı müəyyənləşdi

Çempionlar Liqasının 16 iştirakçısı müəyyənləşdi © sabirabadxeber.az
Şrift ölçüsü:

2026/27 mövsümü üçün UEFA Çempionlar Liqasının ümumi mərhələsinin daha iki iştirakçısı bəlli olub.

"Sabirabadxəbər" xəbər verir ki, Almaniya Bundesliqasında 3-cü yeri təmin edən “RB Leyptsiq” və Türkiyə çempionu olan “Qalatasaray” turnirə vəsiqə qazanıb.

Hazırda Çempionlar Liqasının ümumi mərhələsində iştirakı dəqiqləşən 16 klub bunlardır:

“Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “İnter”, “Barselona”, “Real”, “Vilyarreal”, “Atletiko”, “Bavariya”, Dortmund “Borussiya”sı, “RB Leyptsiq”, PSJ, “Lans”, PSV, “Portu” və “Qalatasaray”.

Qeyd edək ki, Çempionlar Liqasının ümumi mərhələsində ümumilikdə 36 komanda iştirak edəcək. Daha 7 vəsiqənin sahibi isə təsnifat mərhələsində müəyyənləşəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva