• 28.02.2026 » 19:47

Premyer Liqa: "Qəbələ" - "Karvan-Yevlax" oyununda qalib müəyyənləşməyib

Premyer Liqa: "Qəbələ" - "Karvan-Yevlax" oyununda qalib müəyyənləşməyib © sabirabadxeber.az
Şrift ölçüsü:

Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.


"SABİRABADXƏBƏR" in məlumatına görə, günün ikinci matçında "Qəbələ" "Karvan-Yevlax"la üz-üzə gəlib.


Qəbələ şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.


Qonaqlardan İmani Barker 26-cı dəqiqədə hesabı açıb. Meydan sahiblərinin heyətində Seydina Keyta 37-ci dəqiqədə tarazlığı bərpa edib.


Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Qəbələ" 10-cu pillədə qərarlaşıb. Qonaqlar 7 xalla sonuncu - 12-ci sıradadır.


Günün ilk matçında "Neftçi" səfərdə "Şamaxı" ilə bərabərə qalıb - 2:2.


Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva