• 13.02.2026 » 09:54

"Qarabağ" "İmişli"yə qarşı

"Qarabağ" "İmişli"yə qarşı © sabirabadxeber.az
Şrift ölçüsü:

Bu gün futbol üzrə Misli Premyer Liqasında XX tura start veriləcək.

"Sabirabadxəbər.az" xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. Turun açılış matçında “Qarabağ” “İmişli”nin qonağı olacaq. Quba Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 14:30-da başlayacaq.

Turnir cədvəlində Ağdam təmsilçisi 42 xalla 2-ci, İmişlinin eyniadlı klubu isə 19 xalla 9-cudur. Günün son oyununda “Zirə” öz meydanında autsayder “Karvan-Yevlax”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:00-da start götürəcək.

Hazırda 32 xalı olan paytaxt təmsilçisi 4-cü sırada yer alıb. Yevlax klubu isə 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XX turun digər oyunları fevralın 15-16-da keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva