• 15.05.2026 » 09:51

Gədəbəydə UAZ dərəyə aşdı - Sürücü öldü

Gədəbəydə UAZ dərəyə aşdı - Sürücü öldü © sabirabadxeber.az
Şrift ölçüsü:

Gədəbəydə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Sabirabadxəbər" in məlumatına görə, hadisə rayonun Slavyanka kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan UAZ markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə UAZ dərəyə aşıb.

Qəza zamanı sürücü, 1985-ci il təvəllüdlü A.İsmayılov xəstəxanaya aparılarkən yolda ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva