• 12.05.2026 » 12:32

"Qarabağ” ilk transferini etdi - Klubu təsdiqlədi

"Qarabağ” ilk transferini etdi - Klubu təsdiqlədi © sabirabadxeber.az
Şrift ölçüsü:

Kiprin “Omoniya” klubunun futbolçusu Jali Muaddibin “Qarabağ”a keçidi təsdiqlənib.

“Sabirabadxəbər” xəbər verir ki, bu barədə klubun baş meneceri Giorqos İrakleus açıqlama verib.

İrakleus 25 yaşlı fransalı vingerin Azərbaycan təmsilçisi ilə müqavilə razılaşdığını deyib: “Qarabağ”la futbolçumuz arasında razılaşma olub. Ancaq deməliyəm ki, futbolçu aylar əvvəl bizə “Qarabağ”ın ona maraq göstərdiyini bildirmişdi. Hətta vurğulamışdı ki, komandanın liqada qalması uğrunda sona qədər mübarizə aparacaq”.

Qeyd edək ki, Jali Muaddibin “Omoniya” ilə sözləşməsi mövsümün sonuna qədər olduğundan, oyunçu yayda “Qarabağ”a azad agent kimi keçəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva