• 02.02.2026 » 21:00

"Qarabağ" fransalı futbolçunu transfer etdi

"Qarabağ" fransalı futbolçunu transfer etdi © sabirabadxeber.az
Şrift ölçüsü:

Qarabağ” yeni futbolçu transfer edib.


"Sabirabadxəbər" in məlumatına görə, Kiprin AEK (Larnaka) komandası ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb. Fransalı futbolçu Jeremi Qnalinin “Qarabağ”a transferi ilə bağlı razılıq əldə olunub.


Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın “Mets” klubunun yetirməsi olan arxa xətt oyunçusu “Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək.


23 yaşlı müdafiəçi karyerası ərzində “Mets B”, İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib.


Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva