• 07.03.2026 » 16:50

"Şəfa”nın yeni prezidentinin adı açıqlandı

"Şəfa”nın yeni prezidentinin adı açıqlandı © sabirabadxeber.az
Şrift ölçüsü:

"Şəfa” futbol klubunun yeni prezidentinin adı məlum olub.

“SABİRABADXƏBƏR” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə “MyGroup Holding”in vitse-prezidenti Kənan Sadıqlı keçib.

“Şəfa Futbol Klubunda aparılan idarəetmə dəyişikliyi ilə bağlı qısa olaraq bildirmək istəyirəm ki, klubun əvvəlki prezidenti Sərdar Salmanzadə ilə qarşılıqlı anlaşma əsasında yollarımızı ayırmışıq.

Xüsusilə qeyd etmək istəyirəm ki, “Şəfa” Futbol Klubu “MyGroup Holding” tərəfindən alınaraq holdinqin strukturuna daxil edilib. Bu səbəbdən “MyGroup” klubun yalnız sponsoru deyil, eyni zamanda birbaşa sahibi və idarəedici tərəfidir.

Klubun maliyyə təminatı, idarəetmə modeli, inkişaf strategiyası və əsas qərarları ilk gündən etibarən “MyGroup” tərəfindən müəyyən olunub və klub rəhbərliyi bu strategiyanın icrası istiqamətində fəaliyyət göstərib.

Bu baxımdan klubun ümumi idarəetmə prinsiplərində hər hansı dəyişiklik yoxdur. Sadəcə olaraq, son qərarla klubun gündəlik idarəçiliyini rəsmi olaraq birbaşa üzərimə götürmüşəm.

Əsas məqsədimiz “Şəfa”nın inkişafını davam etdirmək, komandanın hazırkı müsbət dinamikasını qorumaq və gələcəkdə Azərbaycan futbolunda daha güclü mövqeyə sahib olmasına töhfə verməkdir”, - K.Sadıqlı ilk açıqlamasında qeyd edib.

Xatırladaq ki, klubun prezidenti Sərdar Salmanzadə bir neçə gün öncə ani qərarla vəzifədən getmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva