• 08.05.2026 » 11:02

Hacıqabulda məktəblilərin maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir

Hacıqabulda məktəblilərin maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir © sabirabadxeber.az
Şrift ölçüsü:
Hacıqabulda məktəblilərin maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir
"Sabirabadxəbər" in məlumatina görə, Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı, həmçinin Meyniman kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Görüşlərdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Anar Xəlilov və digər polis əməkdaşları gələcəyimiz olan gənclərin sağlam ruhda böyüməsinin və gələcəyin peşəkar kadrları kimi formalaşmasının önəmindən danışıblar. Bildirilib ki, yaşından asılı olmayaraq bu bəlanın aludəçisinə çevrilən hər bir şəxs öz həyatında sağalmaz izlər buraxmaqla yanaşı gələcəyini məhv edir. Əsrin bəlasına qarşı mübarizəni effektiv şəkildə təmin etmək məqsədilə keçirilən bu cür maarifləndirmə tədbirləri isə mühüm əhəmiyyətə malikdir və məktəblilərin gələcək həyatında böyük rol oynayır.
Tədbirlər zamanı erkən nikahların fəsadları mövzusunda da çıxışlar edilib və bu cür halların gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyi qeyd olunub.
Görüşlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva