Gənclərin sağlam gələcəyi üçün narkomaniyaya “yox” deyək!
"Sabirabadxəbər" bildirir ki, Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Atbulaq, Ağacanlı və Padar kənd tam orta məktəblərində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə ümumilikdə 200 şagird iştirak edib.
Görüşlərdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Anar Xəlilov narkomaniyanın cəmiyyət üçün ciddi təhlükə yaradan ən böyük problemlərdən biri olduğunu bildirib. Qeyd olunub ki, gələcəyimiz olan məktəbliləri qorumaq üçün narkomaniyaya qarşı birlikdə mübarizə aparmalı və bu təhlükəli bəlaya qətiyyətlə “yox” deməliyik.
Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, narkotik vasitələrin fəsadlarını əks etdirən videoçarxlar nümayiş olunub.



