• 16.04.2026 » 11:13

“Narkomaniya ilə mübarizə sağlam və parlaq gələcəyin təminatıdır”

“Narkomaniya ilə mübarizə sağlam və parlaq gələcəyin təminatıdır” © sabirabadxeber.az
Şrift ölçüsü:

“Narkomaniya ilə mübarizə sağlam və parlaq gələcəyin təminatıdır”


"Sabirabadxəbər" xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Çallı və İsaqbağı kənd tam orta məktəblərində “Narkomaniya və erkən nikahlara yox deyək” mövzusunda maarifləndirici görüşlər təşkil keçirilib.


Tədbirlərdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Ramil Salayev və digər iştirakçılar narkomaniyanın insan sağlamlığına, eləcə də cəmiyyətin sosial rifahına vurduğu ağır zərərlər barədə məlumat verərək gənclərin sağlam ruhda böyüməsinin və gələcəyin peşəkar kadrları kimi formalaşmasının önəmindən danışıblar.

Görüşlərdə erkən nikahların fəsadları mövzusuna da toxunulub, bu cür hallarının gənclərin fiziki və psixoloji inkişafına ciddi mənfi təsir göstərdiyi diqqətə çatıdırılıb. 

Tədbirlərin sonunda narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva