• 13.02.2026 » 17:30

“Narkomaniya əsrin bəlasıdır” - Beyləqanda maarifləndirici tədbir keçirilib.

“Narkomaniya əsrin bəlasıdır” - Beyləqanda maarifləndirici tədbir keçirilib. © sabirabadxeber.az
Şrift ölçüsü:

“Narkomaniya əsrin bəlasıdır” - Beyləqanda maarifləndirici tədbir keçirilib.

"Sabirabadxəbər.az" xəbər verirki, Beyləqan rayonunda gənclərin sağlam həyat tərzinin təşviqi və zərərli vərdişlərdən qorunması məqsədilə növbəti maarifləndirici tədbir təşkil olunub. Beyləqan rayonu üzrə təhsil sektorunun, Beyləqan Rayon Polis Şöbəsinin, Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə sektorunun və Beyləqan rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Beyləqan şəhər Fərman Hacıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Narkomaniya əsrin bəlasıdır” adlı tədbir keçirilib.


Tədbirin məqsədi yeniyetmə və gəncləri narkotik vasitələrin zərərli təsirləri barədə məlumatlandırmaq, onları sağlam və təhlükəsiz gələcək naminə düzgün seçimlər etməyə təşviq etmək olub.


Çıxış edənlər narkomaniyanın insan sağlamlığına, ailə və cəmiyyətə vurduğu ağır zərbələrdən danışıblar. Bildirilib ki, bu zərərli vərdiş təkcə fərdi problem deyil, bütövlükdə cəmiyyətin inkişafına mane olan ciddi sosial bəladır. Hüquq-mühafizə orqanlarının nümayəndələri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən mübarizə tədbirləri barədə ətraflı məlumat verərək, gəncləri belə təhlükələrdən uzaq durmağa çağırıblar.


Məruzəçilər məktəblilərlə səmimi söhbət apararaq onların fikirlərini dinləyib, suallarını cavablandırıblar. Şagirdlərə təhsilin, sağlam həyat tərzinin və düzgün mühit seçiminin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, hər bir gəncin uğurlu gələcəyi ilk növbədə onun savadlı, məqsədyönlü və məsuliyyətli olmasından asılıdır.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva