• 18.03.2026 » 15:51

Sabirabadda narkomaniya ilə mübarizəyə dair maarifləndirici tədbir keçirilib

Sabirabadda narkomaniya ilə mübarizəyə dair maarifləndirici tədbir keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:


Sabirabadda narkomaniya ilə mübarizəyə dair maarifləndirici dəyirmi masa keçirilib.


"Sabirabadxəbər" məlumat verir ki, 16 mart 2026-cı il tarixində Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qaraqaşlı kənd kitabxana filialında “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici dəyirmi masa təşkil olunub.


Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, "əsrin bəlası" hesab olunan narkomaniyanın fəsadları və cəmiyyət üçün yaratdığı təhlükələr barədə ictimaiyyəti məlumatlandırmaq olub. Görüş zamanı çıxış edənlər narkotik asılılığının insan sağlamlığına vurduğu sağalmaz yaralardan və bu zərərli vərdişlərə qarşı kollektiv mübarizənin önəmindən bəhs ediblər.


Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı maarifləndirici materiallar nümayiş etdirilib.


N.Quliyeva


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva