• 28.04.2026 » 19:05

Sabirabad məktəbində polis xidmətinə həsr olunmuş görüş keçirilib

Sabirabad məktəbində polis xidmətinə həsr olunmuş görüş keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" xəbər verir ki, Gənclərin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq olunması istiqamətində həyata keçirilən silsilə maarifləndirici tədbirlər davam edir. 


Sabirabad şəhəri Səməd Vurğun adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 9-11-ci sinif şagirdləri ilə maarifləndirici görüş keçirilib. Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili və Sabirabad Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ramin Qədirov iştirak ediblər. 


Tədbir zamanı Polis Akademiyasına kursant qəbulu qaydaları barədə şagirdlərin sualları ətraflı cavablandırılıb. İştirakçılara qəbul şərtləri, seçim mərhələləri, eləcə də kursantların maddi və sosial təminatı, təqdim olunan güzəştlər və imtiyazlar barədə geniş məlumat verilib. Bildirilib ki, Akademiyada kursantların hərtərəfli inkişafı üçün müasir infrastruktur yaradılıb - zəngin kitabxanalar, xarici dil kursları, ixtisaslaşmış laboratoriyalar, rahat yataqxanalar və asudə vaxtın səmərəli təşkili üçün müxtəlif imkanlar mövcuddur.


Görüş çərçivəsində, həmçinin Polis Akademiyasında təşkil olunan tədris prosesi, kursantların peşəkar hazırlığı və gündəlik həyatı ilə bağlı videoçarx nümayiş etdirilib. 




Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva