• 27.04.2026 » 16:00

Şirvan və Hacıqabul sakinlərinin nəzərinə‼️‼️

Şirvan və Hacıqabul sakinlərinin nəzərinə‼️‼️ © sabirabadxeber.az
Şrift ölçüsü:

Şirvan və Hacıqabul sakinlərinin nəzərinə!


"Sabirabadxəbər" xəbər verir ki, Yaz-yay mövsümü ilə bağlı qaz ölçü qovşaqlarında quraşdırılmış mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni daraldıcı qurğularla əvəzlənməsi məqsədilə “Qaz İxrac” İdarəsi tərəfindən 28.04.2026-cı il saat 10:00-dan etibarən işlər başa çatanadək "Rəncbər", "Hacıqabul-2" və "Şirvan Əhali" ölçü qovşağlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir aparılan müddətdə Hacıqabul rayonunun 5 kəndində - Rəncbər, Navahi kəndi, Stansiya Nəvahi, Pirsaat, Qubalıbaloğlan kəndlərində, 62 qeyri-yaşayış sahəsində (ümumi 2716 abonent), o cümlədən Şirvan şəhərinin bir hissəsinin (ümumi 4705 abonent) qaz təchizatında fasilə yaranacaq.


ℹ️ TƏBİİ QAZ VERİLİŞİNİN DAYANDIRILDIĞI MÜDDƏT ƏRZİNDƏ, QAZ TƏCHİZATI AVADANLIQLARINI NƏZARƏTDƏ SAXLAMAĞINIZI VƏ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNƏ RİAYƏT ETMƏYİNİZİ SİZDƏN XAHİŞ EDİRİK.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva